Memarlıq və İnşaat Universitetində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir.

  Bu gün Azərbyaycan Memarlıq və İnşaat Universitetində Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, universitetin prorektoru Fərhad Cəfərov, Müəllim Həmkarlar İttifaqının sədri Şahin İsmayılov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Tələbə Həmkarlar Təşkilatının sədri Bayram Aslanov, müəllim və tələbə heyəti iştirak etmişdir.

  Konfransda iştirak etmiş gənclərə müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin yaradılmasında, milli-siyasi suverenliyin qorunub saxlanılmasında, sürətli iqtisadi inkişafa nail olunmasında, milli-mədəni irsin mühafizəsində misilsiz xidmətlərindən danışılmışdır. Çıxış edənlər Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illəri Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış mühüm mərhələ kimi qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan naminə gördüyü misilsiz işlər onu tarixdə və xalqımızın yaddaşında əbədi yaşadacaqdır.

  Tədbirin sonunda təhsildə, idmanda, intellektual yarışlarda fərqlənmiş tələbələrə diplom və hədiyyələr təqdim olundu.