“Mənim bayrağım” mövzusunda keçirilən inşa-yazı və şeir müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi

  Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən “9 noyabr – Dövlət Bayrağı günü” münasibətilə konfrans və Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Mənim bayrağım” mövzusunda keçirilən inşa-yazı və şeir müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Fondun konfrans zalında təşkil olunan tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmed Tecim, Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Səbuhi Rzayev, millət vəkili Kamilə Əliyeva, bəstəkar Sevinc Tofiqqızı, şair Vaqif Nəcəfzadə, şagirdlər və digərləri iştirak ediblər.

    Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

  Tədbirlə bağlı məlumat verən BŞİBİ-nin rəisi Raqif Abbasov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirilməsinə, yeniyetmə və gənclər arasında dövlət atributlarının təbliğinə nail olmaqdır: “Digər məqsədimiz isə istedadlı gənclərin şeir və inşa yazısı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasından ibarətdir.”

    Daha sonra çıxış edənlər Azərbaycan gəncliyinin milli-mənəvi ruhda tərbiyə olunmasında Ulu Öndər Heydər Əliyev və Onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi əvəzolunmaz işlərlə gənclərə doğru yol göstərdiyini diqqətə çatdırıblar.
   Vurğulanıb ki, Azərbaycanda dövlət bayrağımızı işğal altında olan Dağlıq Qarabağ torpaqlarında ucaldacaq gənclik yetişib və gənclərimiz hər an buna hazırdırlar.
   Daha sonra mükafatlandırma mərasimi keçirilib.
   İlk öncə “Mənim bayrağım” mövzusunda keçirilən inşa-yazı və şeir müsabiqələrində fərqlənmiş 8 şagird, sonra isə qaliblər müakafatlandırılıblar.
İnşa-yazı müsabiqəsinin qalibləri:
1-ci yer – Narıngül Hacıyeva -165 saylı orta məktəb (Xətai)
2-ci yer – Fidan Kərimova -301 saylı orta məktəb (Binəqədi)
3-cü yer – Şərqiyyə Məmmədova -20 saylı orta məktəb (Yasamal)
Şer müsabiqəsinin qalibləri:
1-ci yer – Rauf Əliyev -42 saylı orta məktəb (Nəsimi)
2-ci yer -Ofeliya Nəbiyeva -229 saylı orta məktəb (Nizami)
3-cü yer – Mədinə Məmmədli -204 saylı orta məktəb (Xətai)
   Sonda Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmed Tecim Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova xatirə hədiyyəsi təqdim edib və şagirdlərlə birlikdə şəkil çəkdirilib.
   Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan Dövlət Bayrağı gününun geniş qeyd edilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.7-ci bəndinin icrası, orta ümumtəhsil məktəblərinin şagirdləri arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirilməsinə nail olmaq, yeniyetmə və gənclər arasında Dövlət atributlarının təbliği, istedadlı şagirdlərin şeir və inşa-yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasından ibarətdir.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort