Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnirin mükafatlandırma mərasimi

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin konfrans zalında Səbail rayonu 91 saylı orta məktəbin şagirdləri arasında Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnirin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, idarənin məsul işçiləri və komandalar iştirak etmişlər.

   İlk öncə şəhidlərimizn xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Mübariz İbrahimova həsr olunmuş film nümayiş olunmuşdur.

    Yarışın baş hakimi, 91 saylı orta məktəbin fiziki tərbiyə müəllimi Zəfər Məmmədzadə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnirin keçirilməsi haqqında geniş məlumat vermişdir.

    Sonra Baş İdarənin rəisi Raqif Abbasov futbolun inkişafında  uşaqlar arasında keçirilən mini-futbol turnirinin böyük rol oynadığını bildirərək, ölkə  Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətindən danışmişdir. Sonda Raqif Abbasov gənc futbolçulara təhsildə və idmanda uğurlar arzulayararaq onlara Mübarizdən, onun qəhrəmanlığından, Vətənə məhəbbətindən nümunə götürmələrini tövsiyyə etmişdir.

    Tədbirin sonunda qalib olmuş komandalar  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsintərəfindən kubok, diplomlar və hədiyyələrlə təltif  olunmuşdur.

  Onu da qeyd edək ki, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnir 31 yanvar -8 fevral tarixində keçirilmişdir. Turnirdə 8 komanda iştirak edib , hər komandanın tərkibi 10 nəfərdən ibarət olmuşdur.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort