Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş şaolin döyüş sənəti üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir.

          Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron İdman Olimpiya Kompleksində  Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş şaolin döyüş sənəti üzrə Bakı şəhər açıq kuboku keçirilmişdir. Turnirdə  Murovdağ İK, Şaolin-Sanda İK, Dəmir Yumruq İK, Çempion İK, Xırdalan İK, Tornado İK, Şuşa İK, Gomrük İK, Marsey İK, Əsəd İK, Mətin İK, Alaqurşaq İK,   Bakı   klub və idman cəmiyyətlərini təmsil edən 160 nəfər idmançı mübarizə aparmışdır. Yekun nəticələrə görə I yerlərə 8-9 yaş arasında  Rəhim Abbasov (Marsey İK), Sadiq Quliyev (Şuşa İK), Rövnəq Vəliyev (Gömrük İK), 10-12 yaş arasında Hüseyn Hüseynov (Qeybəli İK), Tuqay Əmiraslanov (Şuşa İK), 13-15 yaş arasında Soltan Əlihüseynov (Alaqurşaq İK), İqbal Əzimov (Alaqurşaq İK), Namiq Abdinov (Əsəd İK), Ülvi Novruzov (Mətin İK), Qoca Vəliyev (Marsey İK), 16-17 yaş arasında Elşən Quliyev (Mətin İK), Turan Məhərrəmov (Balakən-Zaqatala ), Elmir Tarverdiyev (Alaqurşaq İK), Rüfət Əliyev (Marsey İK), Arzuman Abbasov (Şuşa İK), +18 yaş arasında Turxan Cavadov (Alaqurşaq İK), Xizri Asdiyev (Əsəd İK), Ruslan Hüseynov (Marsey İK), Şamo Tenesov (Balakən-Zaqatala), Rövşən Yusifov (Şəki İK), Aşur Abbasov (Mətin İK), Vüsal Ağalarov (Mətin İK)  layiq görülmüşlər.

                      I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırılmışlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort