Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Bakı şəhər XIII açıq turniri keçirilmişdir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Zirvə İdman Klubunun idman salonunda Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Bakı şəhər XIIIaçıq turniri keçirilmişdir. Turnirdə 48 nəfər idmançılar 56 kq, 62 kq, 69 kq, 77 kq, 85 kq, 94 kq, 105 kq, +105 kq çəki dərəcələrində mübarizə aparmışdır. Nəticələrə görə  56 kq çəki dərəcəsində Abişov Allahyar (Təhsil RİM), 62 kq çəki dərəcəsində Həsənli Orxan ( Zirvə İK), 69 kq çəki dərəcəsində Bağırov Emil ( Zirvə İK), 77 kq çəki dərəcəsində  Osmanlı Səlcuk (Zirvə İK), 85 kq çəki dərəcəsində Qocayev Həmid (Spartak İC), 94 kq çəki dərəcəsində  Nurməmmədli Yusif ( 8 saylı İOEUGİM), 105 kq çəki dərəcəsində Əliyev Ağazaman (8 saylı İOEUGİM) ,  +105 kq çəki dərəcəsində Gülmalıyev Əşrəf (Təhsil RİM) I yerlərə layiq görülmüşlər.

I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən medallar, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.