Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Bakı şəhər XII açıq turniri keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Mərkəzi Ordu İdman Klubunun idman salonunda Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Bakı şəhər XII açıq turniri keçirilmişdir. Turnirdə 44 nəfər idmançılar 56 kq, 62 kq, 69 kq, 77 kq, 85 kq, 94 kq, 105 kq, +105 kq çəki dərəcələrində mübarizə aparmışdır. Nəticələrə görə  56 kq çəki dərəcəsində Fətəliyev Fərrux (Şamaxı Zirvə İK), 62 kq çəki dərəcəsində Şərifov Elşad (Şamaxı  Zirvə İK), 69 kq çəki dərəcəsində Əsədzadə Qorxmaz (Lənkəran Zirvə İK), 77 kq çəki dərəcəsində  Bağırov Emil (8 saylı UGİM), 85 kq çəki dərəcəsində Beskov Kamran (8 saylı UGİM), 94 kq çəki dərəcəsində  Dadaşbəyli Dadaş (Qobustan UGİM), 105 kq çəki dərəcəsində Əliyev Ağazaman (8 saylı UGİM) ,  +105 kq çəki dərəcəsində Nurməmmədov Əziz I yerlərə layiq görülmüşlər.

I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort