Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnirin mükafatlandırma mərasimi

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin konfrans zalında Səbail rayonu 91 saylı orta məktəbin şagirdləri arasında Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnirin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, AFFA-nın nümayəndəsi Rüstəm Rəhimov, idarənin məsul işçiləri və komandalar iştirak etmişlər.

    İlk öncə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Baş İdarənin rəisi Raqif Abbasov   gənc futbolçulara təhsildə və idmanda uğurlar arzulayararaq onlara Mübarizdən, onun qəhrəmanlığından, Vətənə məhəbbətindən nümunə götürmələrini tövsiyyə etmişdir.

    Sonra yarışın baş hakimi, 91 saylı orta məktəbin fiziki tərbiyə müəllimi Zəfər Məmmədzadə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnirin keçirilməsi haqqında geniş məlumat vermişdir.

      Tədbirin sonunda qalib olmuş komandalar  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, diplomlar və hədiyyələrlə təltif  olunmuşdur.

    Onu da qeyd edək ki, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnir 1o yanvar -07 fevral tarixində keçirilmişdir. Turnirdə 12 komanda iştirak edib , hər komandanın tərkibi 10 nəfərdən ibarət olmuşdur.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort