Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş mini-futbol turniri başa çatdı

21 – 29 avqust 2013-cü il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bayıl qəsəbəsində yerləşən 91 nömrəli tam orta məktəbin futbol meydançasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş Səbail rayonu üzrə məhəllələrarası mini-futbol üzrə turnir keçirilmişdir. İki yaş qrupu- 1996-99 və 2000-2003-cü il təvəllüdlü uşaqlar və yeniyetmələr arasında keçirilən yarışlarda 12 komanda tərkibində 120 nəfər iştirak etmişdir. Turnirin final oyunundan əvvəl komandaların heyətləri Milli Qəhrəman Çingiz Mustafayevin qəbrini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.

2000-2003-cü il təvəllüdlü uşaqlar arasında yarışlar dairəvi sistem üzrə keçirilmiş, I yeri Sahil komandası, II yeri Turan komandası, III yeri Bakı komandası tutmuşlar. 1996-99 –cu il təvəllüdlü yeniyetmələr arasında yarışların final oyunları gərgin oyun şəraitində keçirilmişdir. Belə ki, III yer uğrunda Azəri komandası Azadlıq komandası üzərində 3:0 hesabı ilə qalib gəlmişdir. Final oyununda Neftçi və Muğan komandaları arasında oyunun əsas hissəsi 2:2 hesabı ilə başa çatmış, turnirin qalibi 7 metrlik zərbələr hesabına müəyyənləşmişdir. Neftçi komandasının üzvləri daha sərrast olaraq 4:3 hesabı ilə qalib gəlmişdir.Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil Agayev və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhələlərarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişlər.

Tədbirin sonunda qalib komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri və kubokla təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort