Mini Futbol Turnirinin 1/4 final mərhələsinə yekun vuruldu.

      Mini futbol turnirinin 1/4 final mərhələsinə yekun vuruldu. Bu mərhələdə də bir sıra maraqlı oyunlara şahid olduq. Qarşılaşmada  Sabirabad ASAN və ASAN Kommunal komandaları arasında 4:9 hesabla  ASAN Kommunal komandası, 3 saylı ASAN komandası  və 1 saylı ASAN komandaları arasında 2:3 hesabla 1 saylı ASAN komandası, Qəbələ ASAN və Masallı ASAN komandaları arasında 5:2 hesabla Qəbələ ASAN komandası, Agentlik (VSXİDA) və Quba ASAN  komandaları arasında 0:3 hesabla Quba ASAN komandası 1/2 final mərhələsinə vəsiqə qazanmışlar.

         Qeyd edək ki, mini -futbol turniri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Agentlik və tabeliyində olan qurumlar arasında keçirilir.