MINI – FUTBOL ÜZRƏ KÖNÜLLÜLƏR KUBOKU UĞRUNDA TURNİRƏ START VERİLDİ

            Binəqədi rayonu 248 nömrəli tam orta məktəbin futbol meydançasında mini – futbol üzrə könüllülər kuboku uğrunda turnirə start verilmişdir.
Turnirin rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları — baş məsləhətçi Salman Əbdülov və baş masləhətçi Cəlil Əlizadə iştirakçıları salamlamış, onlara uğurlar arzulamışlar.
Yarışların seçim turunda Legend komandası Karona komandasına 11 – 0, ASAN 5 komandası Skorpion komandasına 4 – 3, Mexmat komandası ASAN 3 komandasına 8 – 3, ASAN 2 komandası DOST komandasına 4 – 3 hesabı ilə qalib gəlmişlər. Sabah 1/4 final mərhələsində Miqrasiya könüllüləri komandası – ASAN Sumqayıt komandası ilə, Legend komandası – ASAN 5 komandası ilə, Mexmat komandası – ASAN 2 komandası ilə, Formula-1 komandası – ASAN 4 komandası ilə qarşılaşacaqlar.