MINI – FUTBOL ÜZRƏ KÖNÜLLÜLƏR KUBOKU UĞRUNDA TURNİRƏ YEKUN VURULMUŞDUR

          Mini – futbol üzrə könüllülər kuboku uğrunda turnirin final oyunları keçirilmişdir. 3-cü yer uğrunda keçirilən oyunda Formula -1 komandası Legend komandasına 5 – 4 hesabı ilə qalib gələrək turnirdə 3-cü yerə layiq görülmüşdür. Final oyununda ASAN Sumqayıt komandası Mexmat komandasına 3 – 1 hesabı ilə qalib gələrək turnirin qalibi olmuşdur.
Turnirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları — baş məsləhətçi Salman Əbdülov və baş masləhətçi Cəlil Əlizadə, Binəqədi rayonu Gənclər və İdman İdarəsinin əməkdaşları — rəis müavini Rüfət Əhmədov, aparıcı məsləhətçi Rafiq Nəsirov, Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin sədri Miraqil Seyidzadə çıxış edərək qalibləri təbrik etmiş, növbəti yarışlarda uğurlar arzulamışlar.
Sonda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medallar və kubokla təltif olunmuşlar.