Motokross üzrə Bakı şəhər çempionatı

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Lökbatan qəsəbəsində gənclər arasında  125sm3, 250sm həcmli motosikletlərdə motokross üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda MİF-nı təmsil edən 22 nəfər idmançı iştirak etmişdir. Yarışın yekun nəticələrinə əsasən 125sm həcmli motosikletlərdə   I yerə O. Quliyev , II yerə N. Mustafayev, III yerə İ. Bəşirov, 250sm həcmli motosikletlərdə isə I yerə V. Əhmədov, II yerə T. Valeriy, III yerə isə Ş.Ağasıyev  layiq görülmüşlər. Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.