MÜHAFİZƏ ALAYINDA ŞAHMAT VƏ DAMA TURNİRLƏRİ KEÇİRİLMİŞDİR

             Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq Penitensiar xidmətin Mühafizə alayında əsgərlər arasında şahmat və dama üzrə turnirlər keçirilmişdir. Tədbirin açılışında Mühafizə alayının Tərbiyə işləri üzrə komandir müavini, ədliyyə polkovnik – leytenantı Əfqan Nəbiyev, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin əməkdaşları – inspektor, ədliyyə baş leytenantı Arif Əlizadə, inspektor, ədliyyə leytenantı Emin Quliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov çıxış edərək keçirilən tədbirlərin əsgər və zabitlərin asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana olan maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulamış, turnir iştirakçılarına uğurlar diləmişlər.
Olimpiya sistemi üzrə keçirilən şahmat üzrə turnirdə I yeri Qurbanov Mehrac, II yeri Şeydayev Ümid, III yeri Manafov Kamran, dama üzrə turnirdə I yeri Kazımov Eltac, II yeri Tarverdiyev Feyzulla, III yeri Qurbanov Mahsun tutmuşlar.
                  Yarışın sonunda Mühafizə alayının Tərbiyə işləri üzrə komandir müavini, ədliyyə polkovnik – leytenantı Əfqan Nəbiyev dövlətimiz tərəfindən əsgərlərə göstərilən qayğının daim artırılmasını, həmçinin onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün bu tipli tədbirlərin təşkil olunmasını yüksək qiymətləndirərək şəxsi heyət adından təşkilatçılara təşəkkürünü bildirmişdir.
Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort