“Müharibə uşaqların gözü ilə” mövzusunda rəsm sərgisi keçirildi

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Bakı Rəsm Qalereyasında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda növbəti ənənəvi sərginin mükafatlandırma mərasimi keçirildi.  Məlumat üçün bildirək ki, sözügedən sərgidə Bakının müxtəlif rayonlarından 60 məktəbli iştirak edirdi. Nümayiş olunan 50 əsər əsasən qrafik janrda, müxtəlif texnikalarla işlənmişdir. Mükafatlandırma mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov,  Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov iştirak etmişlər.

   Qeyd edək ki, münsiflər yeniyetmə rəssamların əməyini layiqincə qiymətləndirərək onlar arasından istedadlılara müvafiq dərəcəli  diplom və hədiyyələr  təqdim etdilər. Belə ki, Xəzər rayonundan Aymesey Qafarzadə  1-ci yer, Xətai rayonundan Ayşən Əhmədova 2-ci yer, Nəsimi rayonundan Adil Baxşəliyev  isə 3-cü yerə layiq görüldü. Digər 8 iştirakçıya isə həvəsləndirici diplomlar və hədiyyələr təqdim edildi.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort