Müharibə uşaqların gözü ilə” mövzusunda rəsm sərgisnin mükafatlandırma mərasimi keçirild

 Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ” Abşeron” Rəsm Qalereyasında Xocalı faciəsinin ildönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda növbəti ənənəvi sərginin mükafatlandırma mərasimi keçirildi.  Məlumat üçün bildirək ki, sözügedən sərgidə Bakının müxtəlif rayonlarından 60 məktəbli iştirak edirdi. Nümayiş olunan 70 əsər əsasən qrafik janrda, müxtəlif texnikalarla işlənmişdir.

Tədbirdə  çıxış edən “Abşeron” Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov bu tarixi faciənin acı nəticələrindən danışdı və bildirdi ki, bir sənətşünas kimi kiçik yaşlı uşaqların bu mövzuya müraciəti onda qürur hissi yaradır. Tədbirdə çıxış edən Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov da  gənc istedadları salamlamış və onlara gələcək işlərində uğurlar arzulamışdır.

Qeyd edək ki, münsiflər yeniyetmə rəssamların əməyini layiqincə qiymətləndirərək onlar arasından istedadlılara müvafiq dərəcəli  diplom və hədiyyələr  təqdim etdilər.