Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Şahin” hərbi-idman oyununun rayon final mərhələsi keçirilmişdir.

   Nərimanov rayon Gənclər və İdman İdarəsi tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunların “N” saylı hərbi hissəsində Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2 «Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi» bəndinin icrasını təmin etmək məqsədi ilə “Şahin” hərbi-idman oyununun rayon final mərhələsi keçirilmişdir.

“Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir. Yarışda Nərimanov rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin komandaları iştirak edirlər.

Yarışda rayonun 20 məktəb komandası tərkibində 340 nəfər məktəbli (onlardan 80 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəсinə görə I yerə 212 saylı məktəbin komandası, II yerə 258 saylı məktəbin komandası, III yerə isə 304 saylı məktəbin komandası layiq görülmüşlər. Yarışın qalib komandası məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanmışdır.

Yarışda I, II və III yerləri tutmuş komandalar Nərimanov rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplomlarlа, medal, kubok və qiymətli xatirə hədiyyələri ilə təltif olunmuşlar.