Nərimanov rayonunda məktəblilərin XXVI spartakiadasına start verildi

18 oktyabr 2013-cü il tarixdə Bağça Məktəb Lisey Kompleksində Nərimanov rayon məktəblilərinin XXVI spartakiadasının proqramına daxil olan dama növü üzrə rayon birinciliyi keçirilmişdir. “18 oktyabr – Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş yarışın açılış mərasimində Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov çıxış edərək iştirakçıları bayram münasibətilə təbrik etmiş, onlara uğurlar diləmişlər. Yarışda rayonun 18 məktəb komandası tərkibində 108 nəfər məktəbli (onlardan 36 nəfəri qızlardır) iştirak etmişdir. Yarışlar olimpiya sistemi üzrə keçirilmişdir. Yarişin nəticəsinə görə I yeri 193 №-li tam orta məktəbin komandası, II yeri 82 №-li tam orta məktəbin komandası, III yeri 207 №-li tam orta məktəbin komandası tutmuşlar. Qalib komandaların üzvləri Nərimanov rayonu Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
193 №-li tam orta məktəbin komandası bu ilin noyabr ayinda keçiriləcək Bakı şəhər məktəblilərinin XXVI spartakiadasının proqramına daxil olan dama növü üzrə şəhər mərhələsinə vəsiqə qazanmışdır.
Qalibləri təbrik edirik.