Nərimanov rayonunda “Tələbə Kuboku” mini futbol turniri keçirilib

                      Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə “Tələbə Kuboku” mini futbol üzrə rayon turniri keçirilib.
Turnirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaq, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hər tərəfli formalaşdırmaqdır.
Turnirin bağlanış mərasimində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Məktəb-Lisey Kompleksin direktoru Fuad Babayev, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin müəllimləri iştirak etmişdir.
Bağlanış mərasimində dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışılmış, Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiqlər, Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirilmişdir.
Qeyd edək ki, turnirdə 12 komanda (Azərbaycan Turizm və Menecment Universitetinin, “Bakı Avrasiya” Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Təfəkkür” Universiteti, “Odlar Yurdu” Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Humanitar Kolleci və Bakı İdarəetmə və Texnologiya Kolleci) iştirak etmişdir.
Turnirdə I yeri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, II yeri Azərbaycan Dövlət İqtisad Universitetinin, III yeri isə Azərbaycan Kooperasiya Universitetinin komandaları tutmuşdur.
Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, kubok və medallar ilə təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort