“Nəsillərin görüşü” adlı tədbir keçirilib

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə  “Nəsillərin görüşü” adlı tədbir keçirilib.

Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Müdafiə Nazirliyinin idarə rəisinin müavini Elşad Əbilov, qazilər, müharibə iştitakçıları, gənclər  iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra BŞGİBİ-nin rəisi Raqif Abbasov çıxış edərək 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfərin xalqımızın tarixində müstəsna rol oynadığını bildirib və xalqımızı bu zəfərə qovuşduran Ali Baş Komandana, Şanlı Ordumuza minnətdarlığını ifadə edərək, Vətən müharibəsində əldə edilən zəfərdə ölkə gəncliyinin də yaxından iştirak etdiyini, dövlətimizin ərazi bütövlüyünün bərpasına böyük töhfə verdiyini qeyd edib.

Tədbirdə çıxış edən veteranlar və dövlət qurumlarının nümayəndələri də Vətən müharibəsindəki tarixi qələbənin Azərbaycan xalqının həyatında həlledici rol oynadığını, dövlətimizin gücünə güc qatdığını, onun inkişafı üçün geniş perspektivlər açdığını qeyd ediblər.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort