Nəsimi rayonunda Xocalı Soyqırımının 22-ci ilildönümünə həsr edilmiş anım tədbiri keçirildi.

  Nəsimi rayon Gənclər və İdman Baş İdarəsi tərəfindən Nəsimi rayonu 28 saylı  orta məktəbdə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirə dəvət olunan qonaqlar əvvəlcə  məktəbin dəhlizində təşkil olunmuş Xocalı soyqırımını əks etdirən şəkillərə, foto stendlərə, plakatlara tamaşa etdilər.

  Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban Əlizadə qeyd etdi ki, bu gün Xocalı faciəsindən 22 il ötür.  Bu faciə insanların yaddaşına həmişəlik həkk olunmuşdur. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.

  Daha sonra şagirdlərin ifasında “ Haray, Xocalı, haray “ adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Kompozisiya çərçivəsində məktəblilər  Xocalı soyqırımının dəhşətli anlarını əks etdirən məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdılar. Hadisənin şahidi olmayan gənclər sanki həmin gün ermənilərin törətdikləri faciənin içərisində olmuş qızların, gəlinlərin, yaşlıların, ahılların keçirdikləri hissələrin şahidi olmuş və bu görüntüləri yaşaya-yaşaya 22 ildən sonra təhsil aldıqları ocağın səhnəsində bir daha yaşadılar.

  Sonra çıxış edən Nəsimi Rayon İcra Hakmiyyəti başçısının müavini Gülarə Verdiyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov və digər qonaqlar Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olan Xocalı soyqırımının  insanlıq tarixinə kütləvi terror aktlarından biri kimi daxil olduğunu vurğuladılar. Qeyd etdilər ki, ölkəmizin artan iqtisadi və hərbi qüdrəti onu deməyə əsas verir ki, tezliklə işğal altında olan torpaqlarımız düşmən tapdağından azad ediləcək və dövlətimizin  ərazi bütövlüyü təmin olunacaqdır.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort