“N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirilmişdir

              Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “26 İyul-Gənclər və İdman Nazirliyinin yaranması günü“ nə həsr edilmiş Qaradağ rayonunda  yerləşən Fövqəladə Hallar Nazirliyinin   “N” saylı hərbi hissəsində əsgər və zabit heyəti ilə görüş keçirildi. Tədbirdə hərbi hissənin rəhbərliyi,  Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov iştirak etmişlər. Görüş iştirakçıları əsgərlər və zabitlər qarşısında çıxış edərək tədbirin əsas məqsədinin bayram ərəfəsində əsgərlərə xoş ovqat bəxş etmək, yeniyetmə və gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət oldugunu qeyd etmişlər.
            Sonra hərbi xidmətdə fərqlənmiş bir qrup əsgər və zabit heyəti Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunmuşlar.
          Sonda Qaradağ rayon Mədəniyyət evinin kollektivi  konsert proqramı ilə çıxış etmişlər. Vətənpərvərlik mahnılarının  sədaları altında əsgərlər rəqs etmişlər. Konsert proqramı tədbir iştirakçıları və əsgərlərə xoş ovqat bəxş etmişdir.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort