“Narkomaniyadan özümüzü qoruyaq” adlı aksiya keçirildi

   Bu gün  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının  işçi qrupu ilə birgə  “26 iyun- Ümumdünya Narkomaniya ilə Mübarizə günü” münasibətilə  Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanından başlayaraq “Narkomaniyadan özümüzü qoruyaq” adlı küçə aksiyası keçirilmişdir. Aksiya zamanı əhali arasında narkomaniyanın fəsadlarından bəhs edən 1000-dən çox  buklet  və broşürlər Bakı şəhər ictimaiyyətinə paylanmış, onlara tədbirin məqsədi barədə məlumat verilmişdir.

Sonra “Park Bulvar” alış-veriş mərkəzində Bakıdakı orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən narkomaniyanı belə görürəm” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılmışdır. Bakı şəhər Gənclər və idman Baş İdarəsinin rəisi Raqif Abbasov  çıxış edərək narkomaniyaya qarşı mübarizənin davamlı, ardıcıl həyata keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu, həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işidir. Azərbaycanda narkomaniyaya qarşı mübarizə bütün sahələrdə heç vaxt kampaniya xarakteri daşımamış, bununla bağlı dövlətin çox aydın ifadə edilmiş siyasi iradəsi mövcud olmuşdur. Ona görə də bu bəlaya qarşı qlobal şəkildə, birgə mübarizə aparılmalıdır. R.Abbasov gənc istedadları bir daha təbrik etmişdir.  Onu da qeyd edək ki, müsabiqənin qaydalarına əsasən, qaliblərin rəsmləri və şüarları “Park Bulvar” alış-veriş mərkəzində təşkil olunmuş sərgidə nümayiş etdirilmişdir.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort