“Narkomaniyadan özümüzü qoruyaq” layihəsi çərçivəsində tədbir keçirilmişdir.

   Bu gün  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının  işçi qrupu ilə birgə  Gəncliyə Yardım Fondunda  Bakı şəhər gənclərinin iştirakı ilə “Narkomaniyadan özümüzü qoruyaq” movzusunda konfrans  keçirilmişdir. Konfransda Baş İdarənin rəis müavini Aydın Yusifov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının  işçi qrupun rəhbərinin müavini Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovniki Tanrıverdi Aydınov, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Asif  Kəngərli, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev iştirak etmişlər.

   Tədbiri giriş sözüylə açan BŞGİBİ-nin rəis müavini Aydın Yusifov qeyd etdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır.  Ona görə də bu bəlaya qarşı qlobal şəkildə, birgə mübarizə aparılmalıdır. Bu baxımdan bu mövzuda olan tədbilərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

    Həkim-narkoloq Asif  Kəngərli tibbi və sosial xəstəlik olan narkomaniyanın hazırda cəmiyyət və dövlət üçün böyük problemə çevrildiyini qeyd edərək bu məsələnin həllində maarifləndirici və profilaktiki işlərin aparılmasınının vacib şərtlərdən biri olduğunu gənclərin nəzərinə çatdırdı.

   Daha sonra çıxış edən  narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupun rəhbərinin müavini Vasif Quliyev, Baş Narkotiklərlə Mübarizə İdarəsinin mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovniki Tanrıverdi Aydınov bildiriblər ki,  “ağ ölüm”lə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, kitabxanaların, idman təşkilatlarının eləcə də içtimaiyyətin rolu böyükdür. Onlar bildiriblər ki, belə vasitələr orqanizmdə təkcə fəsadlar törətmir, həm də gələcək nəslin sağlamlığı üçün ciddi təhlükə yaradır.

 Tədbirdə həmçinin narkomaniyanın fəsadlarından bəhs edən buklet və braşuralar  paylanmış, suallar cavablandırılmış, gəncləri narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort