Nərimanov rayon gəncləri Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirlinyinin Heydər Əliyev adına Akademiyasının nəzdində fəaliyyət göstərən “Şöhrət Muzeyi”ndə olmuşlar

   Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun bir qrup fəal gəncləri Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirlininin Heydər Əliyev adına Akademiyasının nəzdində fəaliyyət göstərən “Şöhrət Muzeyi”ndə olmuşlar. Ümummilli Liderimiz Heydər Əliyevin anım günü ilə bağlı ziyarətə gələn gənclərə muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Azərbaycanın nicat yolunu müəyyən edən bu dahi şəxsiyyətin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyulmuşdur.

   Ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, görkəmli siyasi xadim haqqında yazılmış kitablar gənclərdə böyük maraq doğurmuşdur.

    Orta və ali məktəbləri yalnız əla qiymətlərlə bitirməsi barədə attestat və diplom, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnamə, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələr, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilmiş tədbirlərdə çəkilmiş fotoşəkillər, Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri işlədiyi dövrdə iş otağındakı əşyalar gənclərdə zəngin təəssürat yaratmışdır.

  Gənclər “Şöhrət Muzeyi”ndən zəngin təəssüratla ayrılmışlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort