Nərimanov rayon gəncləri “QURBAN BAYRAMI” 2 saylı internat məktəbində

  25 oktyabr 2012-ci il tarixdə “Qurban Bayramı” münasibəti ilə Nərimanov Rayon Gənclər və İdman İdarəsi  Nərimanov rayonunda fəaliyyət göstərən “Bakı Avrasiya” Universitetinin Tələbə Gənclər Təşkilatının üzvləri ilə birlikdə Heydər Əliyev Fondunun nəzdində olan 2 saylı internat məktəbində uşaqlar üçün bayram tədbiri təşkil etmişdir. Tədbirdə uşaqlar üçün süfrə açılmış, konsert proqramı təşkil edilmiş, balacalar üçün müxtəlif intellektual oyunlar, viktorinalar, yarışlar keçirilmiş, uşaqlara müxtəlif hədiyyələr paylanmışdır. Bu bayram tədbirində iştirak etmiş 100 nəfərdən artıq uşaqlara tələbələr şən əhval-ruhiyyə bəxş etməyə çalışmışdılar.