Nərimanov rayon gənclərinin Respublika veteranları ilə görüşü keçirilib.

   Bü gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Nərimanov rayon gənclərinin Respublika veteranları ilə görüşü keçirilib.
Görüşdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov,  Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar Mirzəyev,  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları   Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarova və digər veteranlar, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və fəal üzvləri iştirak etmişlər.
Tədbirdə Nərimanov Rayon Gəclər və İdman İdarəsi tərəfindən Nərimanov rayon gənclərinin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onlara ictimai fəaliyyətdə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov “Gənclərin Dostu” fəxri fərmanla təltif olunub.
Daha sonra rayon ərazisində fəaliyyət göstərən 5 ali təhsil müəssisəsinin tələbə-gənclər təşkilatının sədrləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən fəxri fərmanları ilə təltif olunublar.
Sonda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar Mirzəyev və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən yubiley medalları ilə təltif olunublar.