Nərimanov rayon gənclərinin toplantısı keçirilib

  Nərimanov rayon Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycan Gənclərinin VII Forumu çərçivəsində Nərimanov rayon gənclərinin toplantısı keçirilib.  Toplantı Nərimanov rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunub. Tədbirdə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, gənclər təşkilatlarının rəhbərləri və Nərimanov rayonunun gəncləri iştirak ediblər.

  Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra N. Novruzov hesabat xarakterli məruzə ilə çıxış edib. Daha sonra söz gənclər təşkilatlarının rəhbərləri və gənclərə verilib.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi R. Abbasov çıxış edərək əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətindən danışıb, ölkəmizdə gənclər və idman sahəsində görülən əvəzolunmaz işlərdən söz açıb.

  Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanda gənclər və idman sahəsinə xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib, ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən gənclər və idman siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb.

  Sonra Forumun 32 nəfər nümayəndəsi seçilib və Azərbaycan Respublikası Prezidentinə toplantı iştirakçıları adından müraciət qəbul olunub.

  Sonda dövlət gənclər siyasətinin həyata keçirilməsində xidmətləri olan gənclər təltif ediliblər.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort