«Şəhidlərimiz – Qəhrəmanlarımızdır!» adlı intellektual yarışma keçirilib.

       28 sentyabr 2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında «Şəhidlərimiz – Qəhrəmanlarımızdır!» adlı intellektual yarışma keçirilib.

          Tədbirin açılış mərasimində Nərimanov Rayon Gənclər və idman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Samir Kazımov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev və digər çıxışçılar iştirakçıları salamlamış və onlara uğurlar arzulamışlar.

      Qeyd edək ki, yarışda rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərindən 42 nəfər şagird iştirak etmişdir. Gərgin mübarizə nəticəsində I yerə 82 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Qurbanov Əhməd və “Ankara məktəbi” məktəb-liseyin 11-ci sinif şagirdi Şükürlü Fərid, II yerə 82 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Fərəcli Kamaləddin və Humanitar Fənlər Gimnaziyasının 11-ci sinif şagirdi Qasımzadə Ayxan, III yerə isə 177 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Əliyeva Zeynəb və 34 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Eminli Ömər layiq görülmüş, həmçinin 5 nəfər şagird yüksək nəticə göstərərək fərqlənmişdir.
Sonda qalib gəlmiş şagirdlər təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələr ilə təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort