Nərimanov rayonu üzrə məhəllələrarası mini-futbol turnirinə start verildi

    Nərimanov rayonu üzrə məhəllələrarası mini-futbol turnirinə start verilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2005-2006-cı illər təvəllüdlü uşaqlar arasında keçirilən turnirin oyunları Məktəb – Lisey Kompleksinin mini-futbol meydançasında keçirilir. Yarışlarda 13 komanda tərkibində 130 nəfər iştirak edir. Turnirin rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Bahəddin Hüseynov və digər rəsmi şəxslər iştirak etmişlər. Salman Əbdülov çıxış edərək futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirmiş, iştirakçı komandalara müvəffəqiyyətlər arzulamışdır.