Nərimanov rayonunda “17 noyabr – Milli Dirçəliş günü”nə həsr olunmuş dama üzrə rayon turniri keçirilib

      “İstək” liseyində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “17 noyabr – Milli Dirçəliş günü”nə həsr olunmuş dama üzrə rayon turniri keçirilib. Olimpiya sistemi üzrə keçirilən turnirdə 18 komanda tərkibində 108 nəfər məktəbli iştirak etmişdir. Turnirdə I yeri 258 nömrəli tam orta məktəbin, II yeri “İstək” liseyinin, III yeri isə 212 nömrəli tam orta məktəbin komandaları tutmuşlar.
Turnirin mükafatlandırma mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın dama idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov çıxış edərək turnir iştirakçılarını qarşıdan gələn “17 noyabr – Milli Dirçəliş günü” münasibətilə təbrik etmiş, damanın inkişafında xüsusilə yeniyetmə və gənclər arasında keçirilən turnirlərin böyük rol oynadığını bildirmişlər.
Turnirdə I, II və III yerləri tutmuş komandaların üzvləri Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.