Nərimanovda gənclər günü

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə Nərimanov rayon gənclərinin toplantısı keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə icra başçısının müavini İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, bir sıra dövlət və qeyri hökümət təşkilatlarının rəhbərləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədr, sədr müavinləri, fəal üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov ilk öncə Müstəqil Azərbaycan gənclərini bu bayram günü münasibətilə ürəkdən təbrik etdi, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.

İdarə rəisi vurğulayıb ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub.

Tədbirin sonunda Dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə görə bir qrup rayon gənc “İlin gənci” adına layiq görülüb.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort