Nəsimi rayonunda “2 Fevral – Gənclər Günü”nə həsr olunmuş toplantı keçirilmişdir

         28 yanvar 2022-ci il tarixdə Azərbaycan Tibb Universitetində Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Nəsimi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Azərbaycan Gəncləri Günü – 25” adlı toplantı keçirilmişdir.
         Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Gülarə Verdiyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Azərbaycan Tibb Universitetinin təlim-tərbiyə işləri üzrə prorektoru Zülfüqar Musabəyov, Vətən Müharibəsi qaziləri, Tələbə Gənclər Təşkilatlarının sədrləri və fəal gənclər iştirak etmişlər.
        Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi.
        Tədbirdə çıxış edənlər bildiriblər ki, Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunun təşkili və 2 Fevral – Gənclər Gününün təsis olunması xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
          Qeyd olunmuşdur ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu vardır.
          Tədbirin sonunda Nəsimi rayonunun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət sahələrində fərqlənən bir qrup gəncə fəxri fərmanlar təqdim olunmuşdur.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort