NİZAMİ RAYONUNDA QALİBLƏR MÜKAFATLANDIRILDILAR

           Nizami rayonu ərazisində yerləşən Bakı Texniki Kollecində yaz çağırışına həsr olunmuş Vətənin Müdafiəsinə Hazıram devizi ilə keçirilən poliatlon çoxnövçülüyü üzrə Bakı şəhər çempionatında birinci yeri tutmuş komanda üzvlərinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Bakı Texniki Kollecinin direktoru Fərrux Məmmədov, kollecin direktor müavinləri Cəlal Qardaşov, İlham Zeynalov, şöbə müdirləri Raziyə Tağıyeva, Natiq Həsənov, fiziki tərbiyə rəhbəri Aydın Kazımbəyov, qalib komandanın üzvləri iştirak etmişlər. Çıxış edən natiqlər keçirilən tədbirin çağırışa qədər və çağırış yaşlı gənclərin ümumi və fiziki hazırlıq səviyyələrinin müəyyən edilməsi və yüksəldilməsində, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rolu olduğunu qeyd etmiş, komandanın üzvlərini və məşqçi-müəllimi əldə olunan yüksək nəticə münasibətilə təbrik etmiş, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

               Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.