Novruz bayramı münasibəti ilə Şən və Hazırcavablar Klubunun Nərimanov Rayon turniri keçirilib.

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Nərimanov rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Nərimanov Rayon İcra Hakimiyyətində “Novruz” bayramı münasibəti ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Şən və Hazırcavablar Klubunun Nərimanov rayon turniri keçirilib.
Turnirin açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək tədbir iştirakçılarını salamladılar və komandalara uğurlar arzuladılar.
Qeyd edək ki, turnirin yarımfinal mərhələsində 6 ali və orta ixtisas təhsil müəssisələrinin (Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Dillər Universitetinin, “Odlar Yurdu” Universitetinin, Bakı İdarəetmə və Texnologiya Kollecinin və Bakı Humanitar Kollecinin) komandaları mübarizə aparmışdır. Yarımfinal mərhələsində münsiflər heyəti tərəfindən yüksək bal toplayan 3 komandan final mərhələsinə vəsiqə qazanmışdır.
Final mərhələsində gərgin mübarizə nəticəsində I yeri Azərbaycan Dillər Universitetinin, II yeri Bakı İdarəetmə və Texnologiya Kollecinin, III yeri isə “Odlar Yurdu” Universitetinin komandaları tutmuşlar.
Qalib gəlmiş komandalar təşkilatçılar tərəfindən müxtəlif dərəcəli diplom, medal və kuboklar ilə təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort