Odlar Yurdu Universitetinin tələbələri arasında şahmat üzrə turnirə yekun vurulmuşdur

    10-18 noyabr 2012-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Nərimanov rayonu Gənclər və İdman İdarəsinin təşkilatçılığı  ilə  “9 noyabr – Dövlət Bayrağı günü”nə həsr olunmuş Odlar Yurdu Universitetinin tələbələri arasında şahmat üzrə turnir keçirilmişdir. Yarışda 8 komanda tərkibində 48 nəfər (onlardan 19 nəfəri qızlardır) iştirak etmişdir. Yarışlar İsveçrə sistemi üzrə keçirilmişdir.

  Turnirin bağlanış mərasimində Baş İdarənin məsləhətçisi Şirzad Hacıyev, Nərimanov rayonu Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova və Odlar Yurdu Universitetinin mədəni-kütləvi işlər üzrə şöbəsinin müdiri Xatirə Tağıyeva tələbələri bir daha 9 noyabr – Dövlət Bayrağı günü münasibətilə təbrik etmiş, tələbələrə gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışlar.

   Nəticələrə görə I-yerə Araz, II-yerə Bakı, III-yerə isə Sahil komandaları layıq görülmüşdür.

  Sonda qaliblər Baş İdarənin müvafiq dərəcəli diplom və hədiyyələri ilə təltif edilmişlər.