Oğlanlar və qızlar arasında 64 xanalı dama üzrə Bakı şəhər birinciliyi başa çatdı

3 fevral 2015-ci il tarixdən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 №-li İOEUGŞDİM-də start götürən ümidlər, kiçik kadetlər, kadetlər və gənclər arasında 64 xanalı dama üzrə Bakı şəhər birinciliyi başa çatmışdır. Yarışlar beynəlxalq dərəcəli hakim Boris Muşailovun rəhbərlik etdiyi hakimlər kollegiyası tərəfindən idarə olunmuşdur. Qızlar və oğlanlar arasında keçirilən yarışda iştirak edən 70 nəfər idmançı (onlardan 28 nəfəri qızlardır) 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, HİRŞDK, “Neftçi” İK İB və T.İsmayılov adına UGYS-nı təmsil etmişlər. Keçirilən yarışlarda qızlar — ümidlər arasında I yeri İbişova Səkinə, II yeri Sadıqova Fatimə, III yeri Əli Banu, kiçik kadetlər arasında I yeri Məmmədova Validə, II yeri Muşailova Yalta, III yeri Xəlilova Nigar, kadetlər arasında I yeri Kazımova Nəzifə, II yeri Pirquliyeva Bənövşə, III yeri Paşazadə Məsumə, gənclər arasında I yeri Səyadzadə Nərmin, II yeri Kərimzadə Firduz, III yeri Əfəndi Fatimə, oğlanlar — ümidlər arasında I yeri Əliyev Ağarza, II yeri Həsənov Nihat, III yeri İsmayılov Vaqif, kiçik kadetlər arasında I yeri Musayev İsa, II yeri Vəzirov Əli, III yeri Şahməmmədov Emil, kadetlər arasında I yeri Novruzov Rəvan, II yeri Hüseynov Emin, III yeri Eyvazzadə Paşa, gənclər arasında I yeri Səmədli Ayaz, II yeri Rəşidli Zeynal və III yeri Həsənov Fərid tutmuşlar.
Yarışın bağlanışında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın dama idman növü üzrə koordinator – kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Boris Muşailov qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar. Sonda qızlar və oğlanlar – ümidlər, kiçik kadetlər, kadetlər və gənclər arasında I, II və III yerləri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

10978623_753994171362902_8538673198742833387_n 10959371_753994161362903_3860992490402035053_n

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort