Oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyinə start verilmişdir.

  21 yanvar 2014-cü il tarixdə Respublika Şahmat Mərkəzində 1998-1999-cu il təvəllüdlü (16 yaşlı) oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyinə start verilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilənyarışda Bakı şəhəri üzrə 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, “Sərhədçi” İOM, RİOEUGŞM, HRŞDK və Respublika Şahmat Klubunu təmsil edən idmançılar iştirak edirlər. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə oğlanlar arasında yarışlar İsveçrə sistemi üzrə, qızlar arasında yarışlar dairəvi sistem üzrə keçirilir. Yarışın açılış mərasimində beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra oyunlara start verilmişdir. Yekun nəticələrə əsasən ilk 4 yeri tutmuş oğlan və ilk 5 yeri tutmuş qız mart ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanacaqlar.