Oğlanlar və qızlar arasında atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

       Bakı şəhər Gənclər və idman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində  2002-2003-cü il təvəllüdlü oğlanlar və qızlar arasında atletika üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə Neftçi İKİB, Təhsil -1, Təhsil -5,  Məhsul İC, Spartak İC, Ümid İK, Atletika İK, RBTİM-nı təmsil edən  113  nəfər idmançı mübarizə aparmışdır.

        Yekun nəticələrə əsasən qızlar arasında 60 m məsafədə I yerə Ləman Hüseynova (Təhsil-5),  2oo m məsafədə I yerə Lamiyə Vəliyeva (Təhsil-5),  uzunluğa tullanmada I yerə Sabrina Zralova (Təhsil-5), 400 m məsafədə qaçış Lamiyə Vəliyeva (Təhsil-5), 8oo m məsafədə I yerə Günel Manafova (Təhsil-1),  yadro növü üzrə I yerə Günel Hüseynova (Təhsil -1), üçtəkanla tullanmada I yerə Sabrina Zralova (Təhsil-5), uzunluğa tullanmada Sabrina Zralova (Təhsil-5), oğlanlar arasında isə uzunluğa tullanmada I yerə Çingiz İsrafilov (Təhsil-5), 60 m məsafədə I yerə Əli Abdiyev (Təhsil-5), 200 m məsafədə I yerə Teymur Salahzadə (Təhsil-5), 800 m məsafədə I yerə Emil Hacıyev (Təhsil-5), 400 m məsafədə I yerə Teymur Salahzadə (Təhsil-5), 1500m məsafədə I yerə Vahid Kərimov (Təhsil-5), yadro növü üzrə I yerə Yusif  Nəzərov (Təhsil -1), üçtəkanla tullanmada Çingiz İsrafilov (Təhsil-5)  layiq görülmüşlər.

I, II və III yeri tutmuş idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunmuşdur.