Olimpiyaçılarımızın mohtəşəm uğuru

XXX Yay Olimpiya Oyunlarına qatılan Azərbaycan yığması üçün London Olimpiadası uğurlu alınmışdır. Olimpiya yığmamız həm medalların sayında, həm də medalların əyarında ilkə imza atmaqla, Azərbaycan idmanının yüksəlişə doğru getdiyini bir daha təsdiqləyiblər.
Belə ki, uğurlarımız Londonda yenisi ilə əvəz olundu. Olimpiyaçılarımız artıq 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmaqla, 2 yeni rekordu birdən müəyyənləşdiriblər.
Komandamızın heyətində bu dəfə sərbəst güləşçilər Toğrul Əsgərovla (60 kq) Şərif Şərifov (84 kq) qızıl, Rövşən Bayramovla (yunan-Roma güləşi, 55 kq) Mariya Stadnik (qadın güləşi, 48 kq) gümüş, Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (hər ikisi boks, +91 kq), Emin Əhmədov (yunan-Roma güləşi, 74 kq), Yuliya Ratkeviç (qadın güləşi, 55 kq), Xetaq Qazyumov (sərbəst güləş, 96 kq) və Valentin Xristov (ağırlıqqaldırma, 56 kq) bürünc medal qazanıblar. Yekunda Azərbaycan yığması XXX Yay Olimpiya Oyunlarında kəmiyyətə görə 25-ci, keyfiyyətə görə 30-cu yeri tutub. Olimpiyaçılarımızı ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq.