
Onlayn şahmat turnirinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə “31 Mart Azərbaycanlıların Soyqırımı” gününə həsr olunmuş onlayn şahmat turnirinin qalibləri müəyyənləşib.
İsveçrə sistemi üzrə təşkil edilən yarışda ümumi hesabda ən yüksək nəticəni Amin Qurbanov tutub. Yunis Mahmudzadə ikinci, Əhmədağa Həşimov üçüncü yerlərə layiq görülüblər. Qızlar arasında isə Aytac Kərimli, Aytac Məmmədova, Röya Çantayeva ilk üçlükdə qərarlaşıblar.