Onlayn şahmat turnirinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

          Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Vətən Müharibəsi şəhidləri mayor Fərid Ələkbərov və leytenant Rəsman Həmidovun xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

       Tədbirdə şəhid mayor Fərid Ələkbərovun qardaşı Rüfət Ələkbərov, şəhid leytenant Rəsman Həmidovun atası Mərdan Həmidov,  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, turnirin baş hakimi Fidan Talıbova iştirak ediblər.

         Baş İdarənin rəisi Raqif Abbasov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində yaşayacağını bildirərək, belə igid oğullar böyütdükləri üçün şəhidlərin ailələrinə minnətdarlıq edib. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini, Baş İdarə tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlərin və müxtəlif turnirlərin keçiriləcəyini bildirib.

            Sonra şəhid leytenant Rəsman Həmidovun atası Mərdan Həmidov və şəhid mayor Fərid Ələkbərovun qardaşı Rüfət Ələkbərov   idmançılara uğurlar arzulayıb, övladlarının xatirələrinin  əziz tutulmasına görə təşkilatçılara minnətdarlığını bildiriblər.

             Qaliblər karantin rejiminin qaydalarına riayət olunmaqla mükafatlandırılıb.

          Qeyd edək ki, onlayn şahmat turniri Bakı şəhər Gənclər və İdman İdarəsi,  Yasamal və Qaradağ rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə keçirilib.

          Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilı təltif olunmuş mayor Fərid Ələkbərovun xatirəsinə həsr olunmuş turnirdə oğlanlar arasında  I yeri Yunis Mahmudzadə, II yeri Murad Rzayev, III yeri Ədalət Umudov, qızlar arasında I yeri Aytac Kərimli, II yeri Şəms Fərzəli, III yeri Leyla Mirzəliyeva tutmuşlar.

               Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş leytenanat Rəsman Həmidovun xatirəsinə həsr olunmuş onlayn şahmat turnirində ümumi hesabda Paşam Əlizadə, Aytac Kərimli birinci yeri tutublar. Allahverdi Həmidov, Fidan Təhməzova II yeri, Rəsul Tarverdiyev, Leyla Mirzəliyeva III yeri yutublar.

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort