Orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir.

  Rəşid Behbudov adına Mahnı Teatrında Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə  Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrinin  şagirdləri arasında  “Breyn-ring” intellektual oyunu keçirilmişdir.  Tədbirdə Baş İdarənin r’isi Raqif Abbasov  ilk öncə məktəbliləri salamlamış onlara bu yarışmada ugurlar arzulamışdır.  Yarışda 16 komanda iştirak etmişdir. Nəticələrə görə I yerə Yasamal rayonunun Dəyanət liseyi, II yerə  Zəngi liseyi, III yerə isə  Yasamal rayonunun Ekspromt komandası  layiq görülmüşlər. Qalib gəlmiş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Tədbirin keçirilməsində məqsəd “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrası, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən öyrənməkdən ibarətdir.