Pankration, grappling və MMA üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir

     Hövsan Olimpiya İdman Kompleksində Bakı şəhər Gənclər və Baş idarəsi və Azərbaycan Pankration , Grappling və MMA Federasiyasının birgə təşkilatçılığı ilə “2 fevral Gənclər Günü”nə həsr olunmuş pankration, grappling və MMA üzrə Bakı şəhər açıq çempionatı keçirilmişdir. Yarışda paytaxt idmançıları ilə yanaşı bölgə təmsilçiləri də mübarizə aparmışdır. Tədbirin açılış mərasimində Azərbaycan Pankration , Grappling və MMA Federasiyasının prezidenti Azad Əsgərov yarış iştirakçılarını salamlamış və 2 fevral Gənclər Günü münasibətilə idmançıları təbrik etmişdir.

     Yarışın qalibləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşdur.