Paralimpiyaçılarımızın möhtəşəm qələbəsi

Azərbaycanın paralimpiya yığması bu gün Londondan Vətənə qayıdıb. Nümayəndə heyətimizi gətirən təyyarə bu gün səhər saat 07:30-da Heydər Əliyev Binə Hava Limanına enib. Londonda Azərbaycanın idman tarixinə yeni parlaq səhifələr yazmış paralimpiyaçılarımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük təntənə ilə, gül-çiçəklə, musiqi sədaları altında qarşılamışlar. Paralimpiyaçılarımız Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə əklil və gül dəstələri qoymuşlar.
Xatırladaq ki, XIV London Yay Paralimpiya Oyunlarında Azərbaycan idmançıları 12 medal qazanmışlar. Bu medalların 4-ü qızıl, 5-i gümüş, 3-ü bürüncdür. Belə ki, Ramin İbrahimov (cüdo, 60 kq çəki dərəcəsi), Afaq Sultanova (cüdo, 57 kq çəki dərəcəsi), Oleq Panyutin (atletika, üçtəkanla tullanma), Natali Pronina (üzgüçülük, 100 m məsafə brass) qızıl medal, Vladimir Zayets (atletika, üçtəkanla tullanma), Natali Pronina (üzgüçülük, 50 m məsafə sərbəst üsul, 100 m məsafə sərbəst üsul, 100 m məsafə arxası üstə, 200 m məsafə kompleks üsul) gümüş medal, İlham Zəkiyev (cüdo, +100 kq çəki dərəcəsi), Hüseyn Həsənov (atletika, uzunluğa tullanma), Elçin Muradov, Rza Osmanov, Oleq Panyutin, Vladimir Zayets (atletika, 100 m məsafə estafet) bürünc medal qazanmışlar. İştirakçı komandalar arasında Azərbaycan yığması 27-ci yeri tutmuşdur.
Paralimpiyaçılarımızı təbrik edirik.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort