Paytaxt birinciliyinin bütün qalibləri məlum olub

             Hövsanda yerləşən FHN İdman Kompleksində keçirilən U-21 gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub.
     Turnirin sonuncu günündə 8 çəki dərəcəsində mübarizə aparan cüdoçular arasında paytaxt birinciliyinin qalibləri müəyyənləşib.

          Əmrah Səlimli (60 kq), Elcan Şəfiyev (73 kq), Kamran Novruzov (90 kq), Kənan Nəsibov (+100 kq) oğlanların mübarizəsində bütün rəqiblərinə qalib gələrək çempion olublar. Qızların yarışında qalib gələn cüdoçuları sizə təqdim edirik:
Qızlar
-48 kq Kərimova Vüsalə
-57 kq Hacızadə Vüsalə
-70 kq Cavadova Rahidə
+78 kq Hacıverdiyeva Firuzə

          Paytaxt birinciliyinin qalib və mükafatçılarına Bakı şəhər Gənclər və İdman baş İdarəsinin  medal və diplomları təqdim olunub.
           Xatırladaq ki, 2 gün davam edən Bakı şəhər açıq birinciliyində 25 klubdan 217 gənc cüdoçu medallar uğrunda mübarizə aparıb.

 
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort