Paytaxt məktəbliləri arasında “Yunior liqanın” finalçıları bəlli olub

          Paytaxt məktəbliləri arasında “Yunior liqa” Şən və Hazırcavablar Klubunun (ŞHK) respublika çempionatının yarımfinal mərhələsi keçirilib.

           Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunmuş çempionatın yarımfinal mərhələsi iki gün davam edib.

        İlk olaraq 167, 236 nömrəli tam orta məktəblər, 16 nömrəli Texniki-humanitar lisey, 160 nömrəli Klassik gimnaziya, “Ankara” liseyi, XXI əsr Təhsil kompleksinin komandaları yarışıblar.

            Növbəti gün paytaxtdakı 17, 189-190, 210 nömrəli tam orta məktəblər, 6, 20 və 23 nömrəli məktəb-liseylərin komandaları görüşüblər.

          Nəticələrə əsasən, 17, 189-190, 167 nömrəli tam orta məktəblər, 16 nömrəli Texniki-humanitar lisey, 6 və 23 nömrəli məktəb-liseylər, XXI əsr Təhsil Kompleksinin komandaları finala vəsiqə qazanıb.Komandaların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

               Təhsil Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Şən və Hazırcavablar Klubunun birgə təşkil etdiyi çempionatın əsas məqsədi ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxarmaqdır.

15568735882174243254_1000x669