Paytaxtın “Abad məhəllə”lərində idman yarışları davam edir

           Artıq bir neçə vaxtdır  ki,  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və paytaxt rayonlarının Gənclər və İdman İdarələri tərəfindən  Ulu Öndər Heydər Əliyevin anadan olmasinin 96-ci ildöümünə həsr olunmus “ABAD məhəllə” layihəsi çərçivəsində  uşaq və yeniyetmələr arasında mini-futbol və şahmat yarışları start götürmüşdür.

         Nizami rayonunun  Q.Qarayev-71 ünvanında da “Abad məhəllə” layihəsi çərçivəsində  şahmat üzrə  rayon turniri keçirilmisdir. Turniri ayrı-ayrılıqda oğlanlar və qızlar arasında olimpiya sistemi üzrə şəxsi növdə keçirilmisdir. Turnirdə ümumilikdə 30 gənc şahmatçi qüvvəsini sınamışdır. Gərgin və maraqlı idman mubarizəsi şəraitində keçən yarışın yekununda mukafatlara layiq I, II ve III yerləri tutmuş iştirakçılar bu qayda ile müəyyən olunmuşlar. Oğlanlar arasında I yeri Ülvi Bayramov (220 xal), II yeri Taleh Hüseynov (227 xal), III yeri Nicat Məmmədov (242 xal), qızlar arasında isə I yerı Ləman Nağıyeva (328xal), II yeri Mehin Tabai (242 xal) III yeri Leyla Bədirli (220 xal) tutmuşdur.

         Turnirin bağlanış mərasimində Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əli Axundov ve Nizami rayon Gİİ-nin rəis müavini Vasif Isayev turnir iştirakçılarına ve tamaşaçılara öz urək sözlərini çatdıraraq təbrik etdiler. Sonda qaliblərə Nizami rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom ve medallar təqdim olunmuşdur.