Penitensiar xidmətin Тərbiyə Müəssisəsində şahmat üzrə turnir keçirilmişdir

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq 20 sentyabr 2013-cü il tarixdə Penitensiar xidmətin Tərbiyə Müəssisəsində şahmat üzrə turnir keçirilmişdir.
Olimpiya sistemi üzrə keçirilən turnirdə 8 nəfər iştirak etmişdir. Gərgin oyun şəraitində keçirilən turnirdə I yeri Həsənov Fuad, II yeri Ağayev Cavad, III yeri Əliyev Arif tutmuşlar. Sonda turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Salman Əbdülov, Penitensiar xidmətin Tərbiyə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə baş leytenantı Əşrəf Əliyev və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulamış, turnir iştirakçılarına uğurlar diləmişlər.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort