Penitensiar xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində voleybol üzrə turnir keçirilmişd

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq 29 iyun 2012-ci il tarixdə Penitensiar xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində voleybol üzrə turnirin final oyunları keçirilmişdir. Cəzaçəkmə Müəssisəsinin məhkumlarından ibarət 8 komandanın iştirakı ilə dairəvi sistem üzrə keçirilən turnirdə I yeri “Turan” komandası, II yeri “Araz” komandası, III yeri isə “Bakı” komandası tutmuşdur. Yarışın sonunda 15 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini icra edən, ədliyyə polkovnik-leytenantı Rauf Məmmədov, Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin inspektoru, ədliyyə baş leytenantı Sənan Məmmədov və Baş İdarənin baş məsləhətçisi Salman Əbdülov çıxış edərək keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarinin artırılması sahəsində böyük rol oynadığını vurğulamışlar. Turnirin qalib komandalarının üzvləri Balı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif olunmuş, müəssisəyə voleybol toru və toplar hədiyyə edilmişdir.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort