Peyntbol turniri keçirilmişdir

 Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Peyntbol Assosiasiyası, Novitas Group MMC və “Sportsman” jurnalının təşkilatçılığı ilə Xəzər dənizinin sahilində yerləşən “AF Hotel & Aqua Park” ailəvi istirahət mərkəzində respublikada  peyntbol turniri keçirilmişdir.Azərbaycanın Dövlət Müstəqilliyi Gününə və cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin seçkilərindəki qələbəsinə həsr olunmuş “İlhamlı qələbələr” adlı ilk peyntbol turnirində mətbuat nümayəndələri və tanınmış estrada ulduzları da iştirak etmişlər. Yarışda, ümumilikdə, hərəsində 8 iştirakçı olmaqla, 4 komanda iştirak etmişdir. Komandalar şərti olaraq “Müğənnilər”, “Aktyorlar”, “Aparıcılar” və “Jurnalistlər” adlandırılmışdır. Yarışda, ümumilikdə, 4 oyun, sonda isə qalibləri müəyyən etmək üçün duellər keçirilmişdir. Gərgin mübarizə şəraitində keçən yarışlarda ilk 3 yeri tutmuş qaliblər mükafatlandırılmışlar.

 Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov turnirin qaliblərini təbrik etmiş, onlara xüsusi diplom və qiymətli hədiyyələr vermişdir.

Turnirdə Leyla Abdullayeva (“Yurd TV”) birinci, Adil Rasimoğlu (“Lider TV”) ikinci və Məcid Hüseynov (“Xəzər TV”) üçüncü yerləri tutmuşlar.

Mükafatlandırılma mərasimi maraqlı şou-proqramla davam etmişdir.

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort